Almaniyanı silkələyən həbs – Sabiq kanslerlərə sui-qəsd iddiası
Dünya
269
18:50, Bu gün

Almaniyanı silkələyən həbs – Sabiq kanslerlərə sui-qəsd iddiası

Almaniyada “darknet” (qaranlıq şəbəkə) üzərindən keçmiş kanslerlər Angela Merkel və Olaf Şolz da daxil olmaqla siyasətçilərə sui-qəsd təşkil etməkdə ittiham olunan sağçı Martin S. Dortmundda həbs edilib.

Federal Baş Prokurorluğun açıqlamasına görə, dünən saxlanılan 46 yaşlı şəxs Almaniyada siyasətçilərə, dövlət məmurlarına və ictimaiyyət tərəfindən tanınan şəxslərə sui-qəsd çağırışlarında ittiham olunur.

İstintaq zamanı məlum olub ki, Martin S. “darknet” üzərindən idarə etdiyi anonim platformada sui-qəsd siyahısı, siyasətçilər və hökumət rəsmilərinin “həssas məlumatları” və bomba hazırlama təlimatlarını paylaşıb.

Alman və Polşa vətəndaşı olduğu bildirən Martin S.-ə qarşı terrorizmin maliyyələşdirilməsi, dövlətə qarşı ağır zorakılıq təşviqi və şəxsi məlumatların yayılması kimi ittihamlar irəli sürülüb.

Almaniyanın “Bild” və “Spiegel” qəzetlərinin məlumatına görə, Martin S.-in idarə etdiyi platforma “Assassination Politics” (“Sui-qəsd siyasəti”) adlanır. Platformada yayımlanan sui-qəsd siyahısı geniş rezonans doğurub.

Alman mətbuatının xəbərinə görə, Martin S.-in “darknet” platformasında paylaşılan siyahıda ən az 20 nəfər adı yer alıb. Bu siyahıda Almaniyanın keçmiş kanslerləri Angela Merkel və Olaf Şolzun, bundan başqa keçmiş nazirlər, hakimlər və prokurorlar da mövcuddur.

Federal Daxili İşlər Naziri Aleksandr Dobrindt bildirib ki, Martin S.-ə qarşı istintaq iyun ayında başlayıb. Şəxs sui-qəsdlər üçün pul toplamağa çalışıb və sosial şəbəkədə “sağ ekstremist bir platforma” kimi fəaliyyət göstərib.

Kripto ödəmə vədləri

Federal Baş Prokurorluğun açıqlamasında nazir Dobrindtin qeyd etdiyi kimi, Martin S. kripto ianələr toplayıb.

Məlumata görə, topladığı bu vəsaitlə sui-qəsd siyahısında yer alan şəxsləri öldürənlərə kripto aktivlərlə ödəmə edəcəyini vəd edib. (bakupost)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər