19:17
14°C
Bakı
"Axtarış-xilasetmə və qəza qrupları Azərbaycan-Gürcüstan sərhədində təyyarəmizin qəzaya uğraması ilə bağlı işlərini davam etdirir".
Moderator.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhaneddin Duran bildirib.
Onun sözlərinə görə, şəhid hərbçilərin cənazələri Türkiyəyə göndəriləcək: "Şəhidlərimizin cənazələri axtarış-xilasetmə və qəza qrupumuzu Gürcüstana aparan "A-400M" təyyarəsində ölkəmizə gətiriləcək".
O, axtarış-xilasetmə işlərinin əvvəlindən bütün resurslarını səfərbər edərək, sürətli reaksiya və dəstəyə görə Gürcüstan hakimiyyətinə təşəkkür edib.