"LUKOIL"un xarici aktivlərinin "Gunvor" şirkətinə satılması ilə bağlı sövdələşmənin pozulması Rusiyanın bu neft şirkətinin 14 milyard avroluq aktivlərinin itirilməsinə səbəb ola bilər.
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" yazıb.
Nəşrin hesablamalarına görə, sözügedən məbləğ "LUKOIL"un xaricdə səhm paketinə tam nəzarət etdiyi bölmələrinin minimum dəyərini əks etdirir. Qiymətləndirmə şirkətin Avstriyadakı beynəlxalq bölməsinin və Niderlanddakı törəmə şirkətlərinin sənədlərinə əsaslanır.
ABŞ-nin sanksiyalarına məruz qalan "LUKOIL" və onun törəmə şirkətləri ilə əməliyyatların dayandırılmasına noyabrın 22-dək vaxt verib. Rusiya neft bazarının iştirakçılarından biri nəşrə müsahibəsində ehtimal edib ki, şirkətin xarici aktivlərindən "Gunvor"un xeyrinə imtina etmiş bəzi alıcılar danışıqlara dönə bilərlər. Amma "LUKOIL"un sahibləri özlərini artıq aktivlərinin müsadirə olunacağına hazırlayırlar.