Tramp İsrail prezidentini Netanyahunu əfv etməyə çağırıb
Dünya
232
16:55, Bu gün

Tramp İsrail prezidentini Netanyahunu əfv etməyə çağırıb

ABŞ Prezidenti Donald Tramp İsrail Prezidenti İsxak Hersoqa yazdığı məktubda ondan Baş nazir Benyamin Netanyahunun əfv edilməsi imkanına baxmasını xahiş edib.

Moderator.az "Kan" agentliyinə istinadla xəbər verir ki, Hersoq Tramp tərəfindən imzalanmış məktubu noyabrın 12-də alıb.

Bildirilir ki, əgər Netanyahu məhkəmə qarşısına çıxarılarsa, bu, İsrail tarixində baş nazirin mühakimə olunduğu ilk hadisə olacaq.

Tramp bu ilin iyunda bəyan edib ki, ya Netanyahunun məhkəməsi ləğv edilməlidir, ya da o, "böyük qəhrəman" kimi əfv edilməlidir.

ABŞ lideri, eyni zamanda qeyd edib ki, onunla Netanyahu qədər ahəngdar işləyə biləcək başqa birisini tanımır.

Xatırladaq ki, 2016-cı ilin dekabrından etibarən İsraildə Benyamin Netanyahuya qarşı bir neçə cinayət işi açılıb. O, korrupsiyada, öz maraqlarına və hökumətin maraqlarına qanunsuz lobbiçilik etməkdə ittiham olunur. 2020-ci ilin mayında bu ittihamlarla bağlı məhkəmə prosesi başlayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər