Gürcüstanda azərbaycanlı mer müavini təyin olunub
Dünya
237
16:50, Bu gün

Gürcüstanda azərbaycanlı mer müavini təyin olunub

Gürcüstanın Bolnisi rayonunun meri Zamur Çitanavaya üç müavin təyin olunub.

Moderator.az xəbər verir ki, bu barədə Bolnisi bələdiyyəsinin Şəhər Şurasından bildirilib.

Məlumata əsasən, Aleksandre Zabaxidze merin birinci müavini, Valentina Naveriani və Tural Vəliyev isə müavinləri vəzifələrinə təyinat alıblar.

Vəliyev ixtisasca hüquqşünasdır, müxtəlif qurumlarda iş təcrübəsinə malikdir. O, 2021-2025-ci illərdə Dmanisi merinin köməkçisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Zamur Çitanava bu ilin oktyabrın 4-də keçirilmiş yerli seçkilərdə hakim “Gürcü Arzusu” partiyasının namizədi olaraq Bolnisi meri seçilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər