Gürcüstanda qəzaya uğrayan C-130 tipli hərbi yük təyyarəsi ilə bağlı hadisə yerinə çatan qəza-araşdırma və axtarış-xilasetmə qrupumuz Gürcüstan rəsmiləri ilə koordinasiyalı şəkildə işlərini davam etdirir.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, qəza ilə əlaqədar texniki araşdırma və qiymətləndirmə prosesi davam edir.
“Hadisə ilə bağlı yeniliklər ictimaiyyətə təqdim olunacaq”, - məlumatda vurğulanıb.
Xatırladaq ki, dünən Azərbaycandan Türkiyəyə istiqamətlənən Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib. Gürcüstanda qəzaya uğrayan Türkiyənin C130 təyyarəsində həlak olan 20 hərbçidən 19-nun nəşi tapılıb.