Dünya
252
16:28, Bu gün

"Kurtlar Vadisi"nin "Elif"i uşaqları ilə birlikdə qəzaya düşdü

Məşhur türkiyəli aktrisa Özgü Namal bu gün səhər saatlarında uşaqları ilə birlikdə avtomobil qəzasına düşüb.

Moderator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisədən sonra aktrisa və uşaqları xəstəxanaya aparılıblar.

Aktrisanın meneceri tanınmış sənətçinin və övladlarının durumunun yaxşı olduğunu bildirib.

"Beykozda aktrisanın olduğu avtomobili başqa bir maşın vurub. Təhlükəsizlik kəmərlərindən istifadə və təhlükəsizlik yastıqlarının açılması sayəsində ciddi xəsarətlərin qarşısı alınıb", - deyə aktrisanın nümayəndəsi bildirib.

Qeyd edək ki, Özgü Namal daha çox "Kurtlar Vadisi" serialında "Elif" rolu ilə məşhurlaşıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər