Britaniya leyboristləri Starmeri baş nazirlikdən uzaqlaşdırmaq istəyirlər
Dünya
465
11:30, Bu gün

Britaniya leyboristləri Starmeri baş nazirlikdən uzaqlaşdırmaq istəyirlər

Böyük Britaniyanın Leyboristlər Partiyası Baş nazir Kir Starmeri vəzifəsindən uzaqlaşdırmaq məqsədilə ona qarşı partiyadaxili plan hazırlayırlar.
 
Moderator.az xəbər verir ki, bu barədə məlumatı BBC baş nazirə yaxın mənbələrə istinadla yayıb.
 
Onların sözlərinə görə, prosesdə iştirak edən leyborist deputatlar Starmeri əvəzləmək üçün səhiyyə naziri Ues Stritinqin və daxili işlər naziri Şabana Mahmudun namizədliklərinə dair müzakirə aparırlar.
 
Bildirilir ki, Starmeri vəzifəsindən kənarlaşdırmaq cəhdi yaxın vaxtda baş tuta bilər. Onun əleyhdarlarının noyabrın 26-dan fəallaşacağı gözlənilir. Həmin vaxt maliyyə naziri İcmalar Palatasında büdcə ilə bağlı müraciət etməli və büdcə kəsirinə qarşı mübarizə üçün vergilərin artırılacağını elan etməlidir.
 
Mənbələrin fikrincə, intriqalar Leyboristlər Partiyasını xaosa sürükləyəcək, beynəlxalq bazarların sabitliyini poza və Starmerin ABŞ Prezidenti Donald Trampla qurduğu yaxşı münasibətləri təhlükə altına qoya bilər.
 
Qeyd edək ki, "Daily Mail" noyabrın 8-də yazmışdı ki, Starmer ona etimadın zəifləməsi səbəbindən 2026-cı ilin yayına qədər istefa verə bilər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər