Türkiyəli nümayəndələr hərbi təyyarənin qəzaya uğradığı ərazidə araşdırmalara başladılar
Dünya
310
08:36, Bu gün

Türkiyəli nümayəndələr hərbi təyyarənin qəzaya uğradığı ərazidə araşdırmalara başladılar

Türkiyəli nümayəndələr "C-130" hərbi yük təyyarəsinin Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğradığı ərazidə axtarış-xilasetmə və araşdırma işlərinə başlayıblar.
 
Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, türkiyəli nümayəndələr bu gün Bakı vaxtı ilə səhər saat 07:30-da gürcü həmkarları ilə koordinasiyalı şəkildə əraziyə gediblər.
 
Qeyd edək ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan 20 hərbçi, eləcə də heyət üzvlərinin hamısı həlak olublar.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər