Türkiyə Prezident Aparatı:
Dünya
192
11 Nov 2025 | 23:30

Türkiyə Prezident Aparatı: "Qəzanın səbəbləri həssaslıqla araşdırılır"

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanəddin Duran C-130 tipli hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğraması ilə bağlı paylaşım edib.

Moderator.az xəbər verir ki, O, qəzanın səbəblərinin böyük həssaslıqla araşdırıldığını və Türkiyədən Gürcüstana göndərilən xüsusi qrupun hadisə yerini nəzarətə götürdüyünü bildirib.

“Prezident Rəcəb Tayyib Ərdoğan hadisənin ilk anlarından etibarən axtarış-xilasetmə işlərini yaxından izləyir, həm Gürcüstan, həm də Azərbaycan rəsmiləri ilə görüşlər keçirib. Qəzanın səbəbləri ciddi şəkildə araşdırılır”, — deyə Burhanəddin Duran qeyd edib.

Link kopyalandı!
Son xəbərlər