02:22
10°C
Bakı
Maduro hakimiyyəti ABŞ ilə müharibəyə hazırlaşır.
Moderator.az xəbər verir ki, Venesuela ABŞ-a qarşı mümkün partizan müharibəsinə hazırlıq məqsədilə mülki şəxslərə köhnə Rusiya silahlarını paylamağa başlayıb.
Hakimiyyət ABŞ-ın işğalı halında özünümüdafiə bölmələri yaradır.
Hətta orduda da silah yoxdur. Mövcud silahların əksəriyyəti 2000-ci illərdə Rusiyadan alınmış köhnəlmiş hücum vasitələri, tanklar və daşına bilən hava hücumundan müdafiə sistemləridir.
Maduro Moskvadan kömək istəyib. Rusiya Xarici İşlər Nazirliyi Karakasın xahişini nəzərdən keçirməyə hazır olduğunu bildirib.