Çində avtomobil körpüsü açılışdan bir neçə ay sonra çökdü - VİDEO
Dünya
272
11 Nov 2025 | 23:07

Çində avtomobil körpüsü açılışdan bir neçə ay sonra çökdü - VİDEO

Çinin cənub-qərbindəki Sıçuan əyalətində strateji əhəmiyyət daşıyan, ölkənin mərkəzi bölgələrini Tibet Muxtar Rayonu ilə birləşdirən milli magistralda yerləşən və yaxın zamanda istifadəyə verilmiş Huntsi körpüsünün bir hissəsi uçub.

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Hadisə nəticəsində heç kim xəsarət almayıb. Qeyd olunub ki, ətraf yamaclarda və yol örtüyündə çatlar, eləcə də dağ massivində sürüşmələr aşkar edildikdən sonra 758 metrlik körpüdə hərəkət bir gün əvvəl tam dayandırılıb.

Bu gün isə sürüşmə fəaliyyətinin artması sel axınlarına səbəb olub ki, bu da giriş estakadası və yol örtüyünün bir hissəsinin dağılmasına gətirib çıxarıb.

Qeyd edək ki, obyektin tikintisi bu il başa çatdırılmışdı.

Link kopyalandı!
Son xəbərlər