Dünya
367
11 Nov 2025 | 23:04

"Kainat dayanır - növbəti mərhələ kollapsdır?" - Elmi araşdırma

"Elm aləmində illərdir mövcud olan nəzəriyyə sarsılır: bəlkə də Kainat genişlənmir, əksinə, tormozlanır..."

Qaranlıq enerjinin mif olması mümkündür

MNRAS - "Monthly Notices of the Royal Astronomical Society" jurnalında dərc olunan araşdırmada deyilir ki, son 20 əsrdə kosmoloqlar belə düşünüb: Kainat genişlənir və bu genişlənmə get-gedə sürətlənir. Bu nəticə 1998-ci ildə supernovaların işıqlandırılmasına əsaslanan müşahidələrdən sonra qəbul olunub. O vaxt alimlər belə qənaətə gəlib: Kainatın genişlənmə sürəti artır və bu, qaranlıq enerji adlı naməlum bir qüvvə ilə izah olunur.

Sonra bu nəzəriyyəni dəstəkləmək üçün müxtəlif ideyalar ortaya atılıb - kvant vakuumunun təzyiqi, qeyri-adi sahələr və s. Lakin heç biri elmi olaraq sübut edilməyib. Buna baxmayaraq, həmin kəşf 2011-ci ildə üç alimin Nobel mükafatına layiq görülməsinə səbəb olub.

Pulsasiya edən Kainat: genişlənmə xülya ola bilər

2018-ci ildə iki tədqiqatçı - müəllif və həmkarı Vasilkov fərqli bir nəzəriyyə irəli sürüb: Kainat əslində sürətlənmir, tormozlanır. Onların fikrincə, galaktikaların müşahidə edilən "sürətlənməsi" böyük qara dəliyə aid qravitasiya kütləsinin artması nəticəsində yaranan optik xülyadır. Onların ifadəsi belədir: "Qalaktikaların müşahidə edilən müsbət nisbi sürətlənməsi onların qeyri-sabit qravitasiya sahəsində müxtəlif dərəcədə tormozlanması ilə izah olunur".

Digər fikirlər: "Kainatın genişlənməsinin müsbət sürətlənməsi, qara dəliyin qravitasiya kütləsinin artması ilə üst-üstə düşür. Bu artım gələcəkdə Kainatın genişlənməsini dayandıra və onun kollapsına gətirib çıxara bilər". Bu, tsiklik Kainat modelidir: Kainat genişlənir - dayanır - büzülür - yenidən yaranır.

Yeni müşahidələr: genişlənmə dayanıb

DESI teleskopunun yeni müşahidələri göstərib ki, kosmoloji sabitlik "sabit" deyil. Daha şok məlumat isə MNRAS jurnalında dərc olunub: supernovalarla bağlı əvvəlki hesablamalar ulduzların yaşını nəzərə almayıb. Bu amil əlavə olunanda nəticə dəyişir. Yeni araşdırmanın nəticəsi belədir: "Genişlənmə sürətlənmir,  əksinə, Kainat tormozlanır".

Qrafiklər göstərir ki, sürətlənmə dövrü təxminən 5 milyard il davam edib, lakin təxminən 2 milyard il əvvəl dayanıb. Bu, pulsasiya edən Kainat nəzəriyyəsini təsdiqləyir. Müəllif yazır ki, illərdir inflyasion kosmologiyaya inanan alimlər bunu istehza ilə qarşılayıb. Amma indi müşahidələr dəyişir və "paradiqma dəyişikliyi" başlayır. Mətnin sonunda müəllif belə deyir: "Kainat dayanır. Növbəti mərhələ kollapsdır".

Link kopyalandı!
Son xəbərlər