01:38
11°C
Bakı
Estoniya parlamenti ölkənin Rusiya ilə sərhədini bağlamağı nəzərdə tutan qanun layihəsini rədd edib.
Moderator.az xəbər verir ki, bu barədə "Postimees" qəzeti məlumat yayıb.
Qanun layihəsi parlamentin birinci oxunuşunda müzakirəyə çıxarılıb və səsvermə zamanı 47 deputat sənədin əleyhinə, 20 deputat isə lehinə səs verib.