00:51
10°C
Bakı
ABŞ-nin Ankaradakı səfiri Tom Barak Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə bağlı Türkiyəyə başsağlığı verib.
Moderator.az xəbər verir ki, o, bu barədə "X"də yazıb.
"Türkiyə Silahlı Qüvvələrinə məxsus təyyarənin bu gün faciəvi şəkildə qəzaya uğramasından kədərlənirik. Həyatını itirənlərin ailələrinə, Türkiyə Silahlı Qüvvələrinə və Türkiyə xalqına başsağlığı veririk. ABŞ müttəfiqimiz Türkiyə ilə həmrəydir", - o bildirib.
Qeyd edək ki, Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.