00:36
10°C
Bakı
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov Türkiyəyə səfər edib.
Moderator.az xəbər verir ki, səfərin məqsədi məhbus mübadiləsi prosesinin bərpa olunmasıdır.
"Mən İstanbula yenicə gəlmişəm. Bu günlərdə məhbus mübadiləsi prosesinin bərpası üçün Türkiyə və Yaxın Şərqdə işləyəcəyəm", - Umerov "Telegram"da bildirib.
O qeyd edib ki, əvvəl imzalanmış müqavilə həyata keçirilməlidir.
"Ukrayna prezidentinin məqsədi bəllidir: ukraynalılar əsirlikdən evlərinə qayıtmalıdırlar. Bu günlərdə, xüsusən də Türkiyədə görüşlər olacaq. Məsələ də məhz budur: məhbus mübadiləsinin bərpası", - Umerov bildirib.