Təyyarənin quyruğu niyə qopub?
Dünya
268
21:07, Bu gün

Təyyarənin quyruğu niyə qopub?

Bu təyyarə 1964-cü ildən bəri istifadə edilir. Amma modernizasiya edilib.

Moderator.az xəbər verir ki, bu sözləri “CNN Türk”ün xəbər koordinatoru İdris Arıkan efirdə bildirib.

O vurğulayıb ki, sözügedən C-130 yük təyyarəsi Qəhrəmanmaraşda qəza bölgəsində də fəaliyyət göstərib və keyfiyyətli, dayanıqlı olduğunu təsdiqləyib.

İ.Arıkan vurğulayıb ki, təyyarəni 10 nəfərlik personal idarə edib və hamısı da peşəkardır.

Təyyarənin qəzasına gəlincə, hava şəraitinin heç də sərt olmaması vurğulanıb, eyni zamanda qəza anının videosunda təyyarənin quyruğunun qopduğu vurğulanır.

“Təyyarənin quyruğu niyə qopub? İçəridəki yüklər yerindən oynayıbmı? Səbəb bu ola bilərmi?” - Arıkan vurğulayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər