00:01
12°C
Bakı
Türkiyə Xarici İşlər Nazirliyi İslamabadda məhkəmə binası yaxınlığında baş verən partlayışla bağlı Pakistana başsağlığı verib.
Moderator.az xəbər verir ki, başsağlığı mətnində bildirilib: "Pakistanın paytaxtı İslamabadda baş verən terror aktını şiddətlə qınayırıq. Hadisə nəticəsində həlak olanlara Allah rəhmət eləsin, yaralılara şəfa diləyirik. Türkiyə terrorla mübarizədə Pakistanla həmrəyliyini davam etdirəcək".
Qeyd edək ki, bu gün baş verən partlayışda ən azı 12 nəfər ölüb, 21 nəfər yaralanıb.