Fidan:
Dünya
200
19:40, Bu gün

Fidan: "Hərbi təyyarənin qəzaya uğraması ilə bağlı axtarış-xilasetmə tədbirlərini izləyirik"

Azərbaycandan ölkəmizə qayıdan hərbi yük təyyarəsinin qəzaya uğraması ilə bağlı axtarış-xilasetmə tədbirlərini Gürcüstan tərəfi ilə birlikdə yaxından izləyirik.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan "X"də yazıb.

"Şəhidlərimizə Allah rəhmət eləsin, ailələrinə və yaxınlarına səbir diləyirəm. Əziz millətimizin başı sağ olsun", - o bildirib.

Qeyd edək ki, Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər