Polşa prezidenti onunla görüşmək istəməyən xüsusi xidmət orqanlarının rəhbərlərindən üzrxahlıq tələb edib
Dünya
201
18:40, Bu gün

Polşa prezidenti onunla görüşmək istəməyən xüsusi xidmət orqanlarının rəhbərlərindən üzrxahlıq tələb edib

Polşa Prezidenti Karol Navrotski bildirib ki, ordu, hərbi əks-kəşfiyyat və Daxili Təhlükəsizlik Agentliyinin zabitlərinin rütbələrinin artırılması ilə bağlı ənənəvi mərasimdən əvvəl onunla görüşə gəlməyən Polşa xüsusi xidmət orqanlarının rəhbərlərindən üzrxahlıq gözləyir.

Moderator.az xəbər verir ki, Navrotski bunu "TV Republika" telekanalına verdiyi müsahibəsində söyləyib.

"Mən xüsusi xidmət orqanlarının rəhbərlərinin üzr istəmələrini və rütbə artırılması məsələləri ilə bağlı onlarla danışmaq üçün mənimlə görüşmələrini gözləyirəm", - deyə o bildirib.

Qeyd edək ki, 1989-cu ildən bəri ilk dəfə Polşa xüsusi xidmət orqanlarının rəhbərləri ölkə prezidenti ilə görüşməkdən imtina ediblər.

Navrotski isə bəzi zabitlərə daha yüksək rütbələrin verilməsi haqqında fərmanı imzalamaqdan imtina edib.

Polşanın Baş naziri Donald Tusk noyabrın 7-də bu qərarı tənqid edərək bunu Navrotskinin "Polşa hökuməti ilə müharibəsində növbəti addım" adlandırıb. Cavabında Navrotski baş naziri "xüsusi xidmət orqanlarından siyasi məqsədlər üçün istifadədə" ittiham edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər