Ukrayna ordusu bu ərazilərdən geri çəkildi
Dünya
290
17:30, Bu gün

Ukrayna ordusu bu ərazilərdən geri çəkildi

Ukrayna Silahlı Qüvvələri Zaporojye istiqamətində beş yaşayış məntəqəsinin yaxınlığındakı mövqelərdən geri çəkilməyə məcbur olub.

Moderator.az xəbər verir ki, bunu Ukrayna Silahlı qüvvələrinin Cənub müdafiə qüvvələrinin spikeri Vladislav Voloşin deyib.

“Kütləvi hücumlar, gündə 400-dən çox artilleriya atəşi və sığınacaqların dağıdılması səbəbindən qoşunlarımız Novouspenevski, Novoye, Oxotniçeqo, Uspenka və Novonikolayevkadan geri çəkilməyə məcbur oldular.

Eyni zamanda, Rivnepolye, Solodkoe və Yablokovo uğrunda şiddətli döyüşlər davam edir”, - məlumatda qeyd olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər