20:58
14°C
Bakı
Ermənistanın sabiq müdafiə naziri Arşak Karapetyan barəsində qiyabi icraat başlanıb.
Moderator.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bu barədə məlumatı İstintaq Komitəsinin mətbuat xidməti yayıb.
Bildirilir ki, Arşak Karapetyan 2021-ci ildə Baş Qərargah rəisinin birinci müavini vəzifəsində çalışarkən erməni əsgərlərin mövqelərini özbaşına tərk etmələrində ittiham olunur.
Hazırda Karapetyan axtarışa verilib.