Türkiyə təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq başlanıb
Dünya
159
17:00, Bu gün

Türkiyə təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq başlanıb

Türkiyəyə məxsus yük təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb.

Moderator.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Məlumata əsasən, noyabrın 11-də Siqnaxi bələdiyyəsində, Gürcüstanın dövlət sərhədinin təqribən 5 kilometrliyində Türkiyənin yük təyyarəsi qəzaya uğrayıb.

Faktla bağlı uçuşların təhlükəsizliyi qaydalarının və ya insan tələfatı ilə nəticələnən hava nəqliyyatı vasitəsinin istismarı qaydalarının pozulması maddəsi üzrə istintaq aparılır.

DİN hadisə ilə bağlı ictimaiyyətə ətraflı məlumatı mərhələli şəkildə təqdim edəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər