Pakistanda məhkəmə binası yaxınlığında partlayış oldu: 12 nəfər öldü
Dünya
297
14:20, Bu gün

Pakistanda məhkəmə binası yaxınlığında partlayış oldu: 12 nəfər öldü

Pakistanda Kaçehri məhkəməsi binasının yaxınlığında baş verən partlayış nəticəsində azı 12 nəfər həyatını itirib, 21 nəfər yaralanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Pakistan KİV-lər məlumat yayıb.
 
Bildirilib ki, partlayış binanın yaxınlığında park edilmiş avtomobildə baş verib. Yaralananlar arasında vəkillərin də olduğu bildirilir. Hadisə yerindəki təhlükə səbəbindən məhkəmə binası təxliyə olunub.
 
Partlayış yerinə İslamabadın baş müfəttişinin müavini (DIG) və baş komissar cəlb olunub, ölənlər və yaralananlar xəstəxanaya çatdırılıb. Paytaxtın Pims xəstəxanasında fövqəladə vəziyyət elan edilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər