Bizi sosial şəbəkələrdən izləyin:
"Suriya elə bir yeni dövrə qədəm qoyub ki, o, ABŞ ilə münasibətlərin inkişafı strategiyası üzərində qurulacaq".
Bunu Suriyanın keçid dövrünün Prezidenti Əhməd əş-Şaraa "Fox News"a müsahibəsində bəyan edib.
"Suriya artıq təhlükəsizliyə təhdid kimi qəbul edilmir - indi o, geosiyasi müttəfiq və ABŞ-nin böyük investisiya layihələrini birgə həyata keçirə biləcəyi bir ölkədir..." - deyə əş-Şaraa vurğulayıb.
Prezidentin sözlərinə görə, bu, xüsusilə qaz hasilatı sahəsindəki layihələrə aiddir.
Əhməd əş-Şaraa noyabrın 9-da Vaşinqtona səfər edib, noyabrın 10-da ABŞ Prezidenti Donald Trampla danışıqlar aparıb. /Oxu.az/