Bizi sosial şəbəkələrdən izləyin:
Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları 31 xarici vətəndaşı ölkədən çıxarıblar.
Moderator.az xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.
Məlumata görə, son günlərdə həyata keçirilən kompleks tədbirlər proqramı nəticəsində Hindistan, Türkiyə, Kuba, Misir, Çin, Pakistan, Rusiya, Konqo, Azərbaycan, Türkmənistan, Nigeriya, Tailand, Küveyt, İsrail və Qana vətəndaşları - ümumilikdə 31 nəfər - ölkədən çıxarılıblar.
Bildirilib ki, mövcud qanunvericiliyə uyğun olaraq, çıxarılan şəxslərin ölkəyə girişi qadağan edilib.
Qeyd edək ki, bu il Gürcüstan Miqrasiya Departamentinin əməkdaşları artıq 1000-dən çox xarici vətəndaşı ölkədən çıxarıblar ki, bu da indiyədək rekord yüksək rəqəmdir və son üç ildəki ümumi deportasiyaların sayından xeyli çoxdur.