ABŞ-də şatdaun başa çatır
Dünya
123
09:03, Bu gün

ABŞ-də şatdaun başa çatır

ABŞ Senatı federal hökumətin maliyyələşdirilməsini 30 yanvar 2026-cı ilə qədər davam etdirmək üçün lazımi qanun layihəsini təsdiqləyib.
 
Moderator.az xəbər verir ki, səsvermə C-SPAN tərəfindən yayımlanıb.
 
Sənəd bütün prosedurlardan uğurla keçəcəyi halda şatdaunun sona çatmasına və ABŞ hökumətinin öz fəaliyyətini bərpa etməsinə imkan verəcək.
 
Hazırda layihə baxılması üçün Nümayəndələr Palatasına, daha sonra isə sənəd imzalanması üçün ABŞ Prezidenti Donald Trampa göndəriləcək.
 
Xatırladaq ki, şatdaun 1 oktyabrda başlayıb və öz müddətinə görə ABŞ tarixində rekord qırıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər