İran Ermənistanla
Dünya
183
10 Nov 2025 | 23:55

İran Ermənistanla "halal turizmi" inkişaf etdirir

İranın mədəni irs, turizm və əl işləri naziri Rza Salehi Əmiri Ermənistanın iqtisadiyyat və turizm naziri Gevorq Papoyanla görüşündə Tehran və İrəvan arasında turizm əlaqələrinin inkişafında yeni mərhələnin başlandığını bəyan edib.

Moderator.az Bakupost.az-a istinadən xəbər verir ki, tərəflər son zamanlar birgə təşəbbüslərin müsbət nəticələrini qeyd edərək, avtomobil turizminin genişləndirilməsinin, mədəni mübadilənin gücləndirilməsinin, əldə olunmuş razılaşmaların icrasına nəzarət üçün birgə komitənin yaradılmasının vacibliyini vurğulayıblar.

Tərəflər qarşılıqlı turist axınının artırılması, turizm şirkətləri arasında təcrübə mübadiləsinin aparılması, Tehran və İrəvanda birgə sərgilərin keçirilməsi, İslam və halal turizmin inkişafı üzrə proqramların hazırlanması barədə razılığa gəliblər.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər