Türkiyə Super Liqasının mərc oyunlarında iştirak edən futbolçuları müəyyən olunub
Dünya
141
22:00, Bu gün

Türkiyə Super Liqasının mərc oyunlarında iştirak edən futbolçuları müəyyən olunub

Türkiyənin Futbol Federasiyası Peşəkar Liqa ilə bağlı araşdırması çərçivəsində mərc oyunlarında iştirakı müəyyən edilən 1 024 oyunçunun adını açıqlayıb və bununla bağlı siyahını Peşəkar Futbol İntizam Şurasına (PFDK) göndərib.

Bu barədə Moderator.az yerli mətbuata istinadən xəbər verir.

Mətbuat Super Liqadan adları İntizam Şurasına göndərilən futbolçuların bir qisminin adlarını açıqlayıb.

Bunlar - Kerem Kayaarası ("Antalyaspor"), Ersin Destanoğlu və Necip Uysal (hər ikisi "Beşiktaş"ın futbolçularıdır), Enes Keskin, Yusuf Özdemir, Bedirhan Özyurt, İzzet Çelik (hər dördü "Alanyaspor"da çıxış edir), Efe Doğan və Furkan Orak (hər ikisi "Rizespor"), Eren Elmalı, Metehan Baltacı (hər ikisi "Galatasaray"), Nazım Sangare ("Gaziantep" FK), Muhammet Taha Güneş ("Gaziantep" FK), İzzet Furkan Malak, Uğur Kaan Yıldız ("Göztepe"), Ege Albayrak və Ali Emre Yanar ("Kasımpaşa"), Celil Yüksel ("Samsunspor"), Abdulsamet Burak və Berkan Aslan ("Kayserispor"), Boran Başkan və Salih Malkoçoğlu ("Trabzonspor"), Adil Demirbağ və Alessane Ndao ("Konyaspor") və digər futbolçulardır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər