23:15
18°C
Bakı
Hindistanın Dehli şəhərində avtomobildə baş verən partlayış nəticəsində səkkiz nəfər həyatını itirib, 24 nəfər isə xəsarət alıb.
Moderator.az NDTV-yə istinadən xəbər verir ki, hadisə metrostansiyasının yaxınlığında qeydə alınıb.
Dehli polisi güclü partlayışın olması barədə məlumat yayıb.
Hadisə yerinə təxminən 20 yanğınsöndürən maşın göndərilib, polis ərazini tam mühasirəyə alıb. Bu bölgə ilboyu turistlərin sıx ziyarət etdiyi məkanlardan biridir. Yeni Dehlidə yüksək hazırlıq rejimi elan olunub.
Partlayışın səbəbi hələlik məlum deyil.