19:21
16°C
Bakı
Suriyada Prezident Əhməd əş-Şaraya qarşı iki sui-qəsd cəhdinin qarşısı alınıb.
Moderator.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.
Bildirilib ki, qəsdi "İslam Dövləti" həyata keçirməyi planlayıb.
Qeyd olunub ki, sui-qəsdlərin üstü son bir neçə ay ərzində açılıb. Sui-qəsdlərdən biri Əhməd əş-Şaranın iştirak etməli olduğu "əvvəlcədən elan edilmiş nişan mərasimində" həyata keçirilməsi planlaşdırılırdı.
Digər qəsdlə bağlı isə məlumat yoxdur.