20:39
17°C
Bakı
Pakistanın Baş naziri Şahbaz Şərifin 2026-cı ilin birinci rübündə Rusiyaya səfərinə hazırlıq gedir.
Moderator.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Pakistanın Moskvadakı yeni səfiri Faysal Niyaz Tirmizi Federasiya Şurasının sədr müavini Konstantin Kosaçevlə görüşündə bildirib.
"Biz baş nazirin 2026-cı ilin birinci rübündə Rusiya Federasiyasına səfəri üzərində işləyirik", - o qeyd edib.
Yeni səfir qeyd edib ki, artıq iki həftədir Rusiyadadır, Samara və Kaluqada olub, sabah isə Kazana yola düşür.