Şimali Kiprin yeni prezidenti ilk səfərini Türkiyəyə edəcək
Dünya
145
17:27, Bu gün

Şimali Kiprin yeni prezidenti ilk səfərini Türkiyəyə edəcək

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Tufan Erhürman ilk xarici ölkə səfərini Türkiyəyə edəcək.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya rəhbəri Burhanəddin Duran "X" sosial media hesabında yazıb.

Onun sözlərinə görə, Tufan Erhürman Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə noyabrın 13-də Türkiyəyə rəsmi səfər edəcək.

Məlumata görə, səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə–Şimali Kipr Türk Respublikası arasındakı münasibətlər bütün aspektləri ilə nəzərdən keçiriləcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər