Bizi sosial şəbəkələrdən izləyin:
"ABŞ Prezidenti Donald Tramp 2020-ci il seçkisini ləğv etməyə cəhddə ittiham olunan bir sıra siyasətçini tam və qeyd-şərtsiz əfv edib".
Moderator.az "Fox News" telekanalına istinadən xəbər verir ki, bunu ABŞ-nin əfv məsələləri üzrə prokuroru Ed Martin deyib.
Martin Trampın onlarla insanı, o cümlədən öz vəkili və Nyu-Yorkun keçmiş meri Rudi Culiani, öz administrasiyasının keçmiş rəhbəri Mark Medouzu və Sidni Pauelli əfv edən fərmanını dərc edib.
"Bu bəyannamə 2020-ci il prezident seçkisindən sonra Amerika xalqına qarşı törədilmiş ciddi milli ədalətsizliyə son qoydu və milli barışıq prosesini davam etdirdi" , - deyə Martin vurğulayıb.