ABŞ-də şatdaun başa çatır: Qanun layihəsi prosedur səsverməsindən keçdi
Dünya
233
09:30, Bu gün

ABŞ-də şatdaun başa çatır: Qanun layihəsi prosedur səsverməsindən keçdi

ABŞ federal hökumətinin hazırda qismən dayandırılmış fəaliyyətinin yenidən bərpasına yönəlik qanun layihəsi Senatda prosedur səsverməsindən keçib.

Moderator.az bu barədə "C-SPAN" telekanalına istinadən xəbər verir.

Nümayəndələr Palatası tərəfindən əvvəllər təsdiqlənən və 21 noyabr tarixinə qədər federal hökumətin fəaliyyətinin maliyyələşdirilməsini nəzərdə tutan sənəd sonradan baxılması üçün tələb olunan sayda (60) senatorun dəstəyini qazanıb.

40 qanunverici layihənin əleyhinə səs verib.

Qeyd edək ki, hakim Respublikaçı və müxalif Demokratlar partiyalarının nümayəndələri daha əvvəl hökumətin maliyyələşdirilməsinin bərpasına yönəlik razılığa gəliblər.

Link kopyalandı!
Son xəbərlər