Ağcaqanadlarla mübarizə üçün dron hazırlandı
Dünya
236
08:10, Bu gün

Ağcaqanadlarla mübarizə üçün dron hazırlandı

"Tornyol" startapı ağcaqanadlarla mübarizə aparmaq üçün dronlar hazırlayıb.
 
Moderator.az bu barədə "Y Combinator" resursuna istinadən xəbər verir.
 
Yeni texnologiya insteksidirlərin köməyi ilə ənənəvi üsullardan 100 dəfə daha ucuz şəkildə ziyanverici həşəratların məhv edilməsini təklif edir.
 
40 qram ağırlığında olan yüngül dronlar ərazini avtonom şəkildə patrul edərək, ağcaqanadları exolokasiya vasitəsilə aşkarlayır.
 
Dronlara quraşdırılmış faza anten sistemi və ultrasəs ötürücüsü - avtomobillərin parklama sistemlərinə bənzər texnologiya - ağcaqanadın növünü və cinsini qanad çırpıntılarının spektroqramı əsasında müəyyən etməyə imkan verir. Məhv etmək üçün propellerlərdən istifadə olunur, buna görə də heç bir kimyəvi vasitə tətbiq edilmir.
 
İstehsalçılar bildirirlər ki, manevr alqoritmi toqquşmaların qarşısını alır və faydalı həşəratlara toxunmadan yalnız hədəfi zərərsizləşdirir. 10 dron bir kvadrat kilometr ərazini ağcaqanadlardan təmizləyə bilir.
Link kopyalandı!
Son xəbərlər