Dünya
190
09 Nov 2025 | 23:47

"Üzüklərin hökmdarı" filminin çəkildiyi milli parkda güclü yanğın

"Üzüklərin hökmdarı" filminin çəkildiyi Yeni Zelandiya milli parkında yanğın baş verib.

Moderator.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Tonqariro Milli Parkı filmdə şər qüvvələrin diyarı olan Mordor kimi təqdim edilir.

Yanğın təxminən 2500 hektar ərazini əhatə edib. Xilasedicilər turistləri və yaxınlıqdakı Vakapapa kəndinin sakinlərini təxliyə ediblər.

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər