Tramp hər ABŞ vətəndaşına 2000 dollar vəd etdi
Dünya
203
09 Nov 2025 | 22:16

Tramp hər ABŞ vətəndaşına 2000 dollar vəd etdi

ABŞ Prezidenti Donald Tramp varlılar istisna olmaqla, bütün amerikalılara idxal tariflərindən toplanan vəsaitlərdən istifadə etməklə 2000 dollardan çox pul ödəməyə söz verib.

Moderator.az xəbər verir ki, ABŞ prezidenti bu barədə "Truth Social"da yazıb.

"Tariflərə qarşı çıxan insanlar axmaqdırlar! Biz indi dünyanın ən varlı və ən hörmətli ölkəsiyik, inflyasiya sıfıra yaxındır və fond bazarında rekord qiymətlər var", - deyə Ağ Evin sahibi qeyd edib.

Tramp həmçinin idxal tariflərinin 37 trilyon dollarlıq milli borcun ödənilməsinə kömək edəcəyini vurğulayıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər