NATO-nun keçmiş baş katibi alyansın ən böyük məğlubiyyətini açıqladı
Dünya
303
09:40, Bu gün

NATO-nun keçmiş baş katibi alyansın ən böyük məğlubiyyətini açıqladı

"NATO üzv ölkələr qoşunlarını Əfqanıstandan çıxarmaq qərarına gəldikdə ən böyük məğlubiyyətini yaşayıb".
 
Moderator.az xəbər verir ki, bu barədə alyansın keçmiş baş katibi, Norveçin maliyyə naziri Yens Stoltenberq "The Sunday Times" qəzetinə müsahibəsində bildirib.
 
"Bu, NATO-nun ən böyük məğlubiyyətidir. Amma inanıram ki, Əfqanıstanı tərk etmək ağrılı olsa da, düzgün qərar idi, çünki çoxlu sayda insan əziyyət çəkdi", - keçmiş baş katib deyib.
 
Stoltenberq əlavə edib ki, NATO Əfqanıstanda azad və demokratik sülhü təmin etmək istəyib. Lakin belə planı hərbi güc vasitəsilə həyata keçirmək çox çətin olub.
 
O, həmçinin bildirib ki, Şimali Atlantika Alyansı Ukraynaya görə Rusiya ilə Üçüncü Dünya müharibəsinə başlamayacaq. Stoltenberqin sözlərinə görə, o, 2022-ci ilin fevralında Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbəti zamanı ölkə üzərində uçuşa qadağan zonasının tətbiqinin qeyri-mümkünlüyünü, bunun birbaşa Rusiya ilə hərbi qarşıdurmaya səbəb ola biləcəyini bildirib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər