Suriyada İŞİD-ə qarşı əməliyyat: Onlarla şəxs saxlandı
Dünya
208
08:08, Bu gün

Suriyada İŞİD-ə qarşı əməliyyat: Onlarla şəxs saxlandı

Suriya Daxili İşlər Nazirliyi İslam Dövləti(İŞİD) terror qruplaşmasının özəklərinə qarşı profilaktik əməliyyat zamanı 71 nəfəri saxlayıb.
 
Moderator.az xəbər verir ki, məlumatı Əl-İxbariyyə TV yayıb. Bildirilir ki, təhlükəsizlik qüvvələri ölkənin müxtəlif əyalətlərində 61 reyd keçirib: "Qrupun yüksək rütbəli, təhlükəli, orta səviyyəli və sıravi liderləri saxlanılıb".
 
Daha əvvəl ABŞ qüvvələrinin Suriyanın şimalında İŞİD-in terrorçu qrupun ölkədəki növbəti lideri olacağı gözlənilən yüksək rütbəli üzvünü öldürdüyü bildirilib.
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər