02:02
13°C
Bakı
Almaniya kansleri Fridrix Mertsin fəaliyyətindən narazılıq artmaqda davam edir. Artıq əhalinin 64%-i onun fəaliyyətini tənqid edir.
Moderator.az xəbər verir ki, bunu INSA sosioloji institutu tərəfindən "Bild" nəşri üçün aparılan sorğunun nəticələri göstərir.
Nəşr qeyd edir ki, oktyabr ayının sonu ilə müqayisədə Mertsin fəaliyyətindən narazı olanların sayı iki faiz artıb. Yalnız 27% onun fəaliyyətini müsbət qiymətləndirir, daha 9%-i isə qərarsızdır.
Sorğu 6-7 noyabr tarixlərində aparılıb və 1005 respondenti əhatə edib.