Çin uzunömürlülük eliksiri üzərində İŞLƏYİR
Dünya
1851
08 Nov 2025 | 23:35

Çin uzunömürlülük eliksiri üzərində İŞLƏYİR

Çinlı alimlər uzunömürlülük eliksiri üzərində işləyirlər.

Bu barədə The New York Times yazıb.

Nəşrin məlumatına görə, Çində uzunömürlülük texnologiyalarına ixtisaslaşan Lonvi Biosciences adlı laboratoriya fəaliyyət göstərir.

Şirkətin metodları Şanxaylı alimlərin araşdırmalarına əsaslanır. Həmin tədqiqatlarda müəyyən olunub ki, üzüm tumundan əldə edilən procyanidin C1 (PCC1) maddəsi siçanların ömrünü 9.4 faiz uzadır və müalicəyə başlandığı andan etibarən onların qalan ömrünü 64.2 faiz artırır.

“150 ilə qədər yaşamaq tam realdır. Bir neçə ildən sonra bu, reallığa çevriləcək,”– deyə şirkət nümayəndələri bildirir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər