Çin Tayvana görə Avropa İttifaqına etiraz etdi
1562
08 Nov 2025 | 16:41

Çin Tayvana görə Avropa İttifaqına etiraz etdi

Çin Tayvanın müstəqilliyinin tərəfdarlarının Avropa Parlamentində (AP) iştirakı ilə əlaqədar Avropa İttifaqına (Aİ) etirazını bildirib.

Moderator.az xəbər verir ki, Çinin Aİ-dəki diplomatik missiyasının bəyanatında belə deyilir.

Qeyd edək ki, bir gün əvvəl Tayvan administrasiyasının başçısının müavini Syao Meytsin Avropa Parlamentində olub.

"Çin bu məsələ ilə bağlı qəti narazılığını və etirazını bildirir", - deyə Çinin bəyanatında bildirilir.

Vurğulanır ki, Avropa İttifaqının hərəkətləri Çinin əsaslı maraqlarına zərbə vurur və "vahid Çin" prinsipini kobud şəkildə pozur.

Link kopyalandı!
Son xəbərlər