Polşa prezidenti və baş naziri bir-birini ittiham edirlər
Dünya
181
13:40, Bu gün

Polşa prezidenti və baş naziri bir-birini ittiham edirlər

Polşanın Baş naziri Donald Tusk və ölkə Prezidenti Karol Navrotski dövlət başçısının xüsusi xidmət əməkdaşlarının rütbələrinin artırılmasını əngəlləməsi fonunda söz davasına çıxaraq, bir-birinə qarşı ittihamlar irəli sürüblər.

Moderator.az xəbər verir ki, bu barədə "RMF FM" məlumat yayıb.

Bildirilir ki, Tusk Navrotskini əks-kəşfiyyat və daxili təhlükəsizlik agentliyinin 136 əməkdaşının rütbəsinin artırılmasını əngəlləməkdə ittiham edərək, bunu prezidentin Polşa hökumətinə qarşı müharibəsinin davamı adlandırıb.

Navrotski isə Tusku xüsusi xidmət orqanları rəhbərliyini onunla görüşməyi qadağan etməkdə və dövlət təhlükəsizliyi ilə bağlı mühüm məlumatların ona təqdim edilməsinə qadağa qoymaqda günahlandırıb. Onun sözlərinə görə, rütbə artımı məsələləri bu görüşlərdə müzakirə olunmalı idi. Polşanın baş naziri bu ittihamları rədd edib.

"Mən istərdim ki, o (Navrotski -red.), həqiqətdən uzaqlaşmasın, habelə Konstitusiyanı, öz səlahiyyətlərini, baş nazirin və hökumətin səlahiyyətlərini bilsin - bəlkə gələcəkdə o bunu öyrənəcək", - deyə Tusk bildirib.

Xatırladaq ki, Polşanın Baş naziri Donald Tusk daha əvvəl etiraf edib ki, bütün məsələlərdə respublikanın yeni Prezidenti Karol Navrotski ilə fikir ayrılıqlarına malikdir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər