Türkiyədə ətir anbarında güclü yanğın: Ölənlər var
Dünya
755
12:30, Bu gün

Türkiyədə ətir anbarında güclü yanğın: Ölənlər var

Türkiyənin Kocaeli vilayətinin Dilovası rayonunda yerləşən ətir anbarında güclü yanğın baş verib.

Bu barədə Moderator.az DHA-ya istinadən xəbər verir.

Məlumata görə, Mimar Sinan küçəsində ortaya çıxan yanğın nəticəsində altı nəfər ölüb, bir nəfər yaralanıb.

Səbəbi məlum olmayan yanğın tez zamanda güclənib və aidiyyəti qrupların gərgin işi sayəsində nəzarət altına alınıb. Ərazidə soyutma işləri aparılır və araşdırmalar davam edir.

Kocaeli valisi İlhami Aktaş yanğının tamamilə söndürüldüyünü bildirib və həyatını itirənlərə rəhmət diləyərək, ailələrinə başsağlığı verib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər