İsrailə təhvil verilən meyitin girovlardan birinə aid olduğu təsdiqlənib
Dünya
173
11:20, Bu gün

İsrailə təhvil verilən meyitin girovlardan birinə aid olduğu təsdiqlənib

Dünən HAMAS və Fələstin İslami Cihadı tərəfindən İsrailə təhvil verilən meyitin girovlardan birinə məxsus olduğu təsdiqlənib.

Moderator.az İsrail mətbuatına istinadən xəbər verir ki, meyitin kimliyinin müəyyənləşdirilməsi başa çatıb və onun israilli girov Lior Rudaeff olması məlum olub.

İsrailin hökumət orqanları hazırda 5 israilli girovun meyitinin Qəzza zolağında qaldığını bildirir.

İsrailin Baş naziri Benyamin Netanyahunun Ofisi hökumətin girovların meyitlərinin qaytarılması üçün səyləri davam etdirəcəyini bəyan edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər