Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəhbəri Kaya Kallas diplomat Martin Zelmayrı Brüsselə qaytara bilməyib. Zelmayr Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenin "əsas düşməni" hesab edilir.
Moderator.az xəbər verir ki, bu barədə "Politico" yazıb.
Bildirilir ki, Kallas Zelmayrı özünün ən yaxın adamı olaraq müşaviri təyin etmək niyyətində olub. Bu, ona hakimiyyətini gücləndirməkdə kömək edərdi. Amma AK-nın bu seçimlə razılaşmaması ona əngəl olub. Buna görə də Lyayeni tənqid edən bu şəxs Avropa İttifaqının Vatikandakı səfiri olaraq qalıb, Kallas isə öz nüfuz dairəsini gücləndirmək uğrunda mübarizədə məğlub olub.
Məqalədə qeyd olunur ki, bu təyinat baş tutacağı təqdirdə Zelmayr AK rəhbəri üçün "çarpayı altında gizlənmiş canavar" olardı.