13:13
20°C
Bakı
"UPS" şirkətinə məxsus yük təyyarəsinin Kentaki ştatının Luisvill şəhərindəki Məhəmməd Əli adına Beynəlxalq Hava Limanı yaxınlığında qəzaya uğraması nəticəsində azı 14 nəfər həlak olub.
Moderator.az-ın məlumatına görə, bu barədə Luisvill meri Kreyq Qrinberq "X" sosial şəbəkəsində paylaşım edib.
"Axşam qəza yerində daha bir qurban aşkar edilib. Beləliklə, ölənlərin sayı 14-ə çatıb", - deyə o yazıb.