GTA VI-nın buraxılışı yenidən təxirə salındı
Dünya
500
08:03, Bu gün

GTA VI-nın buraxılışı yenidən təxirə salındı

Populyar "Grand Theft Auto" (GTA) videooyunun altıncı hissəsinin buraxılışı yenidən təxirə salınıb.

Moderator.az auto.ru-ya istinadən xəbər verir ki, "Rockstar Games" şirkəti oyunun növbəti hissəsi üzərində on ildən çoxdur ki, işləyir.

Şirkətdən verilən məlumata görə, GTA azarkeşləri altıncı hissə üçün 2026-cı ilin noyabr ayına qədər gözləməli olacaqlar.

Qeyd edək ki, sonuncu yeni versiyası 2013-cü ildə çıxmış GTA-nın altıncı hissəsinin 2025-ci ilin payızında buraxılması planlaşdırılırdı. Daha sonra bu tarix 26 may 2026-cı ilədək, indi isə daha altı ay - 19 noyabr 2026-cı ilədək təxirə salınıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər