01:51
12°C
Bakı
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Roma Papası XIV Leonu Türkiyənin İznik şəhərinə səfərində müşayiət edəcək.
Moderator.az xəbər verir ki, bu barədə “Middle East Eye” məlumat yayıb.
Məlumata görə, Papa və ABŞ-ın vitse-prezidenti Türkiyənin İznik şəhərində Birinci Nikeya Şurasının toplanmasının 1700-cü ildönümünü qeyd edəcəklər.
Onlar İznik gölündə batmış qədim xristian memarlığının qalıqlarını ziyarət edəcəklər.
Qeyd edək ki, Roma Papası XIV Leonun 27–30 noyabr tarixlərində Türkiyədə səfərdə olacaq.